13-03-2010, 23:17 :: Qarabağ
"Ermənistan ərazisinə keçən Azərbaycan kəşfiyyatçıları əsir götürülüb"
QayNar: Ermənistanın azg.am saytı şok informasiya yayıb. Saytın xəbərinə görə, Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, bu ölkənin ərazisinə məlumat toplamaq məqsədi ilə keçən kəşfiyyat qrupu zərərsizləşdirilib. Saytın məlumatına görə, 3 Mart saat 01:30 radələrində Tovuz rayonunun Koti ... davamı »
13-03-2010, 22:40 :: Dünya
Erməni prezident qlobal atom təhlükəsizliyi sammitində iştirak edəcək
QayNar: Ermənistan prezidenti Serj Sarkisyan ABŞ-ın Dövlət katibi Hillari Klintonla telefonla danışıb. Qaynar.info "News.am"a istinadən xəbər verir ki, telefon danışığı zamanı xanım Klinton prezidentə Barak Obamanın apreldə ABŞ-da keçiriləcək qlobal atom təhlükəsizliyi sammitində iştirak dəvətini çatdırıb.
Səfər zamanı ... davamı »
13-03-2010, 22:03 :: Toplum
Güllə əsgərin ürək nayihəsindən dəyib
QayNar: Ötən gün Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun işğal altındakı Qaraxanbəyli kəndindən Azərbaycan ordusunun üzbəüz mövqelərini atəşə tutması nəticəsində Milli ordumuzun əsgəri, Beyləqan rayonundan olan Qasımov Seymur Telman oğlu ağır yaralanıb. Güllə onun ürək nayihəsindən dəyib. Hazırda əsgər ərazidəki hərbi hospitaldadır, onun ... davamı »
13-03-2010, 16:52 :: Mədəniyyət və Maqazin
Rejissor montajda çıxarılan epizodları filmə qaytarmaq istəyir
QayNar: "Avatar" filmi yenidən ekranlara qayıda bilər. Rejissor Ceyms Kemeron filmin montaj olunmuş hissələrini yenidən ekran əsərinə əlavə etmək niyyətindədir.
Kemeronun sözlərinə görə, montaj vaxtı 40-a yaxın müxtəlif epizod filmdən çıxarılıb. Filmin yaradıcısının fikrincə, həmin epizodlar yeni versiyaya əlavə edilərsə, film əlavə 200 ... davamı »
13-03-2010, 15:17 :: Mədəniyyət və Maqazin
Müğənnini Fəxriyyə Evcenlə tibb mərkəzlərindən birinə girərkən görüblər
QayNar: Altı ay əvvəl ayrılan məhşur müğənni Özcan Dəniz ilə aktrisa Fəxriyyə Evcen barışıblar. QayNar.info xəbər verir ki, sevgililəri dünən gecə Ayazağadakı tibb mərkəzlərindən birinə girərkən görüblər. "Biraz kefsizəm, özümü narahat hiss edirəm" deyən Fəxriyyə Özcan Dənizlə münasibətlərinə bir daha şans ... davamı »
13-03-2010, 11:49 :: Qarabağ
Akif Nağı erməni katalikosunu Bakıya gəlməyə peşiman edəcək
QayNar: Dünya dini liderlərinin Bakıda keçiriləcək sammitinin vaxtı dəqiqləşib. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə Bakıda keçiriləcək zirvə görüşünün aprelin 27-dən 29-dək keçiriləcəyini deyib. Paşazadə sammitə bütün ermənilərin katalikosu II Qareginin də dəvət ediləcəyini istisna ... davamı »
13-03-2010, 11:26 :: Siyasət
Sabina Freyzer İrəvanda Azərbaycanın əleyhinə danışdı
QayNar: "Ermənistan və Türkiyə ikitərəfli münasibətlərin normallaşdırılmsında öz mənfəətlərini güdürlər. Ankara hesab edir ki, bu "qonşularla sıfır problem" siyasətinin reallaşdırılmasında növbəti addım olacaq. Həmçinin 1915-ci il olaylarının birgə tarixi komissiya vasitəsi ilə araşdırılması beynəlxalq aləmdə qondarma erməni soyqırımının ... davamı »
13-03-2010, 11:18 :: Mədəniyyət və Maqazin
QayNar: Həmişə qəribə addımları ilə insanları şoka salan Britaniyanın məşhur müğənnisi Elton Con bu dəfə bir insanın həbsxanaya düşməsinə səbəb olub. Qaynar.info xəbər verir ki,Corciya ştatının sakini "Youtube"də E.Cona ölüm arzulaması ilə bağlı videorolik yerləşdirib. Bunun ardınca polis ona həyat üçün təhlükə yaratması ittihamı irəli sürərək həbs edib. Atlanta polisinin məlumatına görə, Nil Xorsli ştatın ... davamı »
12-03-2010, 23:23 :: Toplum
Komissarlıqların 100-dən artıq işçisi 4 aydır ki, əmək haqqı almır
QayNar: Ölkənin hərbi komissarlıq sistemində çalışanlar bilərəkdən çökdürülür. Qaynar.info xəbər verir ki, bu barədə "Olaylar" məlumat yayıb. Xəbərə görə, artıq 4 aydır ki, respublikadakı hərbi komissarlıqlarda işçilərə maaş verilmir. Hərbi komisarlıqdakı mənbələrdən verilən məlumata görə, Müdafiə Nazirliyinin ... davamı »
12-03-2010, 22:58 :: Mədəniyyət və Maqazin
Model bu gün övladının atası ilə birlikdə toy mərasimində iştirak edəcək
QayNar: Yenicə ana olan model Züleyxa Akçurina Day.Az saytına müsahibə verib. Qaynar.info xəbər verir ki, Züleyxa Akçurina heç bir cərrahi müdaxilə olunmadan körpəsini dünyaya gətirdiyini və oğlunu ana südü ilə qidalandırdığını bildirib. Model ailə qurmadan övlad dünyaya gətirməsinə də aydınlıq gətirib.
O, sadəcə "Oğlumun ... davamı »
12-03-2010, 22:46 :: İqtisadiyyat
Azərbaycan prezidentinin sözlərinə görə, sahibkarların vəziyyətini yüngülləşdirməkdən ötrü bütün tədbirlər görüləcək
QayNar: Dövlət strukturları sahibkarların işinə yersiz müdaxilələrə son qoymalıdır. Bunu prezident İlham Əliyev Bakı Bisnez Mərkəzində keçirilən "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasına həsr olunan konfransda deyib. Azərbaycanın iqtisadi imkanlarının ... davamı »
12-03-2010, 22:26 :: Toplum
Deputat jurnalistləri diqqətli olmağa çağırdı
QayNar: Millət vəkili Nazim Məmmədov bəzi mətbu orqanlardan narazıdır.
Qaynar.info-ya açıqlama verən deputat deyib ki, bir sıra mətbu orqanlar onun səsləndirdiyi fikirləri ictimaiyyətə yalnış təqdim edirlər. N.Məmmədovun sözlərinə görə, bəzi jurnalistlər telefon vasitəsi ilə əlaqə saxlayıb açıqlama aldıqları üçün bir sıra ... davamı »
12-03-2010, 19:50 :: Toplum
Güclü külək 206 saylı orta məktəbin dam örtüyünü qopardı
Bu gün saat 16:30 radələrində güclü külək Bakı şəhərində 206 saylı orta məktəbin dam örtüyünü qoparıb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata bildirilir ki, Bakı şəhəri, Əzizbəyov rayonu, Buzovna qəsəbəsi, Ağaməli oğlu küçəsində yerləşən ikimərtəbəli orta məktəb binasının dam örtüyü, təxminən, ... davamı »
12-03-2010, 17:04 :: Toplum
Yerə döşənmiş daşların üzərində erməni hərfləri aşkar edilib
Bu yaxınlarda Şəhidlər Xiyabanını ziyarət edən vətəndaşlardan biri maraqlı faktla rastlaşıb. Qarabağ veteranı Rüstəm İbrahimov yerə döşənən daşların üzərində erməni yazıları olduğunu görüb.
Veteranın sözlərinə görə, buradan dəfələrlə keçsə də bu yazılar gözünə dəyməyib. 20 Yanvar faciəsinin iyirminci ildönümündə ziyarət zamanı ... davamı »
12-03-2010, 16:50 :: Siyasət
Bahar Muradova: «Müxalifət parlamentdə fraksiya yaratmaq üçün yetərli saya malik deyil»
QayNar: Martın 16-da hökumətin parlament qarşısında növbəti hesabatı gəlir. Bu baxımdan, hökumətin son birillik fəaliyyətini - xüsusilə də dünyada davam edən maliyyə-iqtisadi böhran şəraitində fəaliyyəti olduqca maraqlıdır. Bununla bağlı fikirlərini açıqlayan Milli Məclis (MM) sədrinin müavini Bahar Muradova ... davamı »
12-03-2010, 16:13 :: QHT-lər
Deputatlar təşkilatın layihəsinə dəstək verdilər
QayNar: Bu gün «Gənc Liderlər» Uşaq və Gənclər Təşkilatı(UGT) icrasına mart ayından start verilən «Qarabağ müzakirələri» adlı layihənin açılışını keçirdi. Açılış mərasimində millət vəkilləri, QHT rəhbərləri və ictimaiyyət nümayəndələri iştiak edirdi.
Tədbiri giriş sözü ilə açan «Gənc Liderlər» UGT-nin sədri Fərid ... davamı »
12-03-2010, 15:07 :: Toplum
Binanın bir müddətdir qəzalı vəziyyətdə olduğu bildirilir
Bakının Binəqədi rayonu ərazisində ikimərtəbəli yaşayış binası uçub.
Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə bu gün saat 13:00 radələrində baş verib. Uçmuş bina Rəsulzadə qəsəbəsi, Əli Məmməd küçəsi, ev 10/11 ünvanında yerləşir.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub.
Binanın bir müddətdir ... davamı »
12-03-2010, 15:03 :: Siyasət
"Bəzi nöqsanlar mövcuddur, amma hesabatda bir qədər şişirdilib"
Azərbaycan Parlamentinin deputatları hesab edirlər ki, ABŞ Dövlət Departamentinin insan haqları ilə bağlı hesabatı ölkəmizə göstərilən təzyiq vasitələrindən biridir.
"Mən ABŞ kimi demokratik imicli, obyektiv siyasəti olan bir ölkənin belə bir hesabat yaymasına təəssüf edirəm", - cümə günü Trend News-a hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi ... davamı »
12-03-2010, 14:49 :: Siyasət
PA-nın şöbə müdirinin Azərbaycan ilə Rusiya arasındakı ictimai-siyasi əlaqələrin möhkəmləndirilməsi sahəsində səmərəli xidməti dəyərləndirildi
Azərbaycanın Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Rusiya Prezidentinin "Fəxri Fərmanı" ilə təltif edilib.
Rusiya Federasiyasının Prezidenti Dimitri Medvedevin sərəncamı ilə "Azərbaycan ilə Rusiya arasındakı ... davamı »
12-03-2010, 13:40 :: Siyasət
Bakıda KİV haqqında beynəlxalq konfrans başlayıb
Avropa Şurasının üzvü olan Azərbaycan media sahəsində beynəlxalq normalara nail olmağa çalışır.
Təbii ki, Azərbaycan kimi ölkələrdə kütləvi informasiya vasitələrinin inkişafı yolunda maneələr var, lakin Avropa Şurasının üzvü olan Azərbaycan beynəlxalq standart və normalara nail olmaq üçün mümkün olan hər şeyi edir, - Prezident Administrasiyasının ictimai-siyasi ... davamı »
12-03-2010, 11:47 :: İqtisadiyyat
Yaxın gələcəkdə Azərbaycanda ödənişli avtomobil yolları ola bilər. Nəqliyyat naziri Ziya Məmmədov hökumətin yolların yüksək keyfiyyətli saxlanması üçün bir sıra avtomobil yollarını pullu edəcəyini deyib.
Onun sözlərinə görə, yolların saxlanılması böyük məsrəflər tələb edir.
“Dövlət bu yolların yeni tikilməsindən sonra istənilən səviyyədə saxlanması üçün problemlərlə üzləşir. Bəzi ölkələrdə yollar pullu xidmət ... davamı »
12-03-2010, 11:30 :: Toplum
Fövqəladə Hallar Nazirliyi 16 nəfəri xilas etdi
Qaynar: Bu gecə Xəzərin Azərbaycan Respublikası ərazisində Rusiya bayrağı altında üzən, Mahaçqala limanında qeydiyyatda olan "Kayakend" gəmisində qəza vəziyyəti yaranıb.
Qaynar.info Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, saat 01:33-də nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xəzər dənizinin Çilov adası ... davamı »
11-03-2010, 23:37 :: Toplum
Onlar bu ölkədə ağır cinayətlər törədib özlərini azərbaycanlı kimi qələmə verirlər
QayNar: «Almaniyada yaşayan ermənilər bu ölkədə də öz çirkin əməllərini davam etdirirlər. Onların tərbiyəsizliyi üzündən azərbaycanlıların bu ölkədəki nüfuzu ciddi şəkildə aşağı düşür». Bu sözləri Qaynar.info-ya Almaniyadakı soydaşlarımız deyiblər. Onların sözlərinə görə, əsasən Almaniyanın Berlin, ... davamı »
11-03-2010, 20:26 :: Dünya
ABŞ-ın vitse-prezidenti İsraili fələstinlilərlə sülhün əldə olunması istiqamətində ciddi səylər göstərməyə çağırıb
QayNar: Birləşmiş Ştatların yəhudi dövlətindən savayı yaxın dostu yoxdur. Bunu İsraildə səfərdə olan ABŞ-ın vitse-prezidenti Cozef Bayden deyib.
Bayden İsraili fələstinlilərlə sülhün əldə olunması istiqamətində ciddi səylər göstərməyə çağırıb. O həmçinin tərəfləri ... davamı »
11-03-2010, 20:05 :: Sosial
Məmur övladları arasında narkotacirlərin olduğu deyilir
QayNar: Ölkədə yüksək rütbəli məmurların övladları arasında narkomaniyanın yayılması rezonans yaradıb. Qaynar.info "Olaylar"a istinadən xəbər verir ki, artıq bu biabırçılıq ölkədə yuхarı səviyyədə müzakirəyə çıхarılıb. Etibarlı mənbədən verilən məlumata görə, bu məsələ ilə bağlı hökumətdə aparılan cildi müzakirələrdən sonra ... davamı »
11-03-2010, 19:45 :: Siyasət
Ermənistan Türkiyə ilə imzalanan protokollardan imzasını geri çəkə bilər
Fransada səfərdə olan Ermənistan prezidenti Serj Sarkisyan yenidən Türkiyəni hədələyib. O, “Le Figaro” qəzetinə verdiyi müsahibəsində bildirib ki, Ermənistan Türkiyə ilə imzalanan protokollardan imzasını geri çəkə bilər.
Türkiyə rəsmilərinin son açıqlamalarının yaxın gələcəkdə protokolların təsdiqləməyəcəyi anlamını verdiyini deyən ... davamı »