02-07-2009
Paylaş
Zaur Həziyev müalicə olunmamasına etiraz edir
Ədliyyə Nazirliyinni 1 saylı Zabrat İstintaq Təcridxanasında saxlanılan, Beyləqanda iki nəfəri qətlə yetirməkdə təqsirləndirilərək həbs olunan Füzuli rayon sakini Zaur Həziyev təcridxanada aclıq aksiyasına başlayıb. Bu barədə məlumatı təqsirləndirilən şəxsin baçısı Tünzalə Həziyeva verib.
Onun sözlərinə görə, Zaur Həziyevin səhhətində ciddi problemlər yaşansa da, o müalicə müəssisəsinə köçürülməyib. Yalnız təcridxananın tibb məntəqəsində saxlanılan Zaur Həziyev normal müalicə edilmədiyi üçün Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsinə köçürülməsini tələb etsə də, tələbi yerinə yetirilməyib. Nəticədə Zaur Həziyev təcridxanada yataq xəstəsinə çevrilib: "Zaurun vəziyyəti həddindən artıq ağırlaşıb. O artıq iyunun 25-dən aclıq aksiyasına başlasa da, bu barədə heç bir aidiyyəti şəxsə məlumat verilməyib. Zaur artıq neçə gündür ki, yataq xəstəsinə çevrilib. O tez-tez müvazinətini itirir. Zaur artıq ölüm aclığına başlayıb. Dəfələrlə ona aksiyanı dayandırmağı tövsiyyə etsək də, bizi eşitmir, sonadək aclıq aksiyasını davam etdirəcəyini bildirib".
Qeyd edək ki, Zaur Həziyev təhlükəli "Hepatit C" virusuna yoluxub və artıq bir ildən çoxdur ki, həmin xəstəlikdən əziyyət çəkir. // Olaylar