
Yazarlar
|
||||
|
||||
|
||||
|
||||
|
||||
İdman:
Həftənin xəbər hiti:
Arxiv:
Forumda müzakirə edin:
Abunə
Veb masterlər üçün
Reytinq
Son dəqiqə
02-07-2009
Paylaş
20 ailə 3 aydır ki, susuzluqdan yanır
Səbail rayonu ərazisində sakinlərin bir hissəsi 3 aydır ki, susuz qalıb. Bu barədə sakinlərin özləri məlumat verib.
Məlumata görə, rayonun 2-ci sahə, Arif İsmayılov küçəsində 20-dən artıq ailənin suyu birdən-birə dayandırılıb. Sakinlərin suyunu Səbail rayon Su Təchizatı İdarəsinin rəisi dayandırıb: "Artıq 3 aydır ki, biz su üzünə həsrət qalmışıq. Heç kim bizim problemimizə fikir vermir. Suyu Səbail rayon Su Təchizatı İdarəsinin rəisi kəsdirib. Heç bir səbəb olmadan suyumuzu ayırıblar. Dəfələrlə su təchizatı idarəsinə, Səbail rayon Mənzil İstismar Sahəsinə və digər qurumlara müraciət etmişik, qəbulda olmuşuq. Amma heç bir söz demirlər, hərə bir bəhanə ilə problemin həllini boynundan atır. Bilmirik dərdimizi kimə deyək. 3 aydır 20-dən çox ailə tamamilə susuz qalıb".
Sakinlər bildirirlər ki, Səbail rayon Su Təchizatı İdarəsi bildirib ki, həmin əraziyə su verilməsi üçün Səbail rayon icra başçısından rəsmi icazə alınmalıdır. İdarə rəisi bildirib ki, sakinlərin suyu icra başçısının tapşırığı ilə kəsilib. Əlacsız qalan sakinlər iyulun 5-də Səbail rayon İcra Hakimiyyəti qarşısında aksiya keçirməyə hazırlaşır.
Sakinlər həmçinin Bayıl istiqamətinə gedən avtomobil yolunu bağlayacaq. // Olaylar