"Olimpik-Şüvəlan"ın rəqibi müəyyənləşdi
Paylaş
Əsgər Abdullayev yetirmələrini "Muğan"la oyunda sınayacaq
"Olimpik-Şüvəlan" Quba Olimpiya Kompleksində təlim-məşq toplanışını davam etdirir. Klubun mətbuat xidmətindən Fanat.az-a bildirilib ki, baş məşqçi Əsgər Abdullayev yetirmələrini yoxlama oyununda sınamaq niyyətindədir.
Bu məqsədlə "Olimpik-Şüvəlan" iyulun 5-də yoxlma matçı keçirəcək. Bu dəfə rəqib "Muğan" olacaq. Artıq matçın oynanılacağı yer də məlumdur. Belə ki, qarşılıqlı anlaşmaya əsasən komandalar Quba Olimpiya Komleksinin stadionunda üz-üzə gələcəklər.
Qeyd edək ki, "Olimpik-Şüvəlan" Bakıda keçirdiyi ilk yoxlama oyununda "Neftçi" ilə qarşılaşıb və 1:2 hesabı ilə məğlub olub. "Muğan" isə dünən MOİk-lə keçirdiyi yoxlama oyununu "sülh"lə başa vurub - 0:0.
Oxunub: 251 dəfə. Şərhlər: 0
Forumda müzakirə et Bu xəbərə fikir bildir və ya şərhlərə bax