02-07-2009

Elan: Onun köməyə ehtiyacı var...

Paylaş

Ülviyyə  Quliyeva, uşaqlıqdan 2-ci dərəcəli əlildir. O, ən yüksək, 4-cü  dərəcəli skolioz (S-vari onurğa sütununun əyilməsi- http://www.tusiklinika.com/2_stac/xirpoz/3.shtml) xəstəliyindən əziyyət çəkir.

Lap körpəlikdən Sovet İttifaqının müxtəlif yerlərində manual terapiya kursları vasitəsilə müalicə alıb. Lakin bu müalicənin heç bir faydası olmayıb. Xəstəlik daha da inkişaf edib. 1989-cu ildə, 13 yaşı olarkən, həkimlər carrahiyə əməliyyatı ilə onurğa sütununu düzəltməyi qərara alıblar. O vaxtlar ən müasir texnologiya hesab olunan Rodnyanski endokorrektoru istifadə olunan Şimali Osetiyanın Vladikavkaz şəhərinin Uşaq Ortopediya Mərkəzinə təyinat al;b. Elə həmin il və 1991-ci ildə, ardıcıl olaraq, cərrahiyə əməliyyati ilə onun onurğa sütununa iki endokorrektor bərkidilib. Həmin aparatlar skoliozu düzəldib, 4-5 ildən sonra eyni qayda ilə çıxarılmalı idi. Lakin, SSRİ-nin dağılması, əlaqələrin itməsi və əməliyyat edən həkimin vəfat etməsi hər şeyə mane olub, bundan əlavə, gözlənilən nəticəni verməyib, əksinə, xəstəlik inkişaf etməkdə davam edib.

O vaxtdan 20 il ötüb. İndiyə  qədər Ülviyyənin belindəki endokorrektorlar heç  bir ciddi problem yaratmasa da,  bir ay bundan öncə, endokorrektorlardan biri qırılaraq, bel dərisini ciddi zədələyib.

Onun ailəsi Azərbaycanda fəaliyyat göstərən bir çox klinikala müraciət edib. Yalnız N. Tusi adına Klinikada ona yardımçı ola biləcəklərini bildiriblər. Klinikada köhnə aparatları çıxarıb, yerinə  müasir tibbdə istifadə olunan EXPENDİUM spinal sisteminin qoyulmasını tövsiyyə edilib (bu sistemsiz, əvvəlkilər çıxarıldıqdan sonra, onurğa sütunu tab gətirməz). Ancaq əməliyyat və korrektor  Ülviyyənin ailəsi üçün çox bahalıdır. Bütün müalicə 30-35 min ABŞ dollarına başa gəlir. Gənc Ülviyyənin və ailəsinin ümidi xeyirxah insanlaradır. Kimin imkanı çatırsa, Ülviyyə Quliyevaya yardım etmək istəyirsə aşağıdakı bank hesabına vəsait köçürə bilər:


Azerbaijan, Mingachevir branch Bank Respublika

SWIFT;
BRESAZ22;
acct: 000173134
Hesab: 38118403121972401

 




Oxunub: 280 dəfə.     Şərhlər: 0
Forumda müzakirə et   Bu xəbərə fikir bildir və ya şərhlərə bax