
Yazarlar
|
||||
|
||||
|
||||
|
||||
|
||||
İdman:
Həftənin xəbər hiti:
Arxiv:
Forumda müzakirə edin:
Abunə
Veb masterlər üçün
Reytinq
Son dəqiqə
02-07-2009
Paylaş
Azərbaycan hökuməti yerli bazarda satışla bağlı problemlər yarandığı üçün buğda istehsalçılarına əlavə yardım tədbirləri məsələsinə baxır. Gözlənilir ki, dövlət yerli təsərrüfatlardan 400 000-500 000 ton buğda alacaq, həmçinin buğda idxalı rejimini sərtləşdirəcək.
Kənd Təsərrüfatı Nazirliyindən Turan-a verilən məlumata görə, yerli fermerlər toplanan məhsulun satışında çətinlik çəkirlər. Unüyüdən kombinatlar və dəyirmanlar fermerləri məcbur edirlər ki, buğdanı maya dəyərindən ucuz - 1 kq-nı 10 qəpiyə satsınlar. Bu isə 2010-cu il üçün taxıl əkinini təhlükə altında qoyur, deyə nazirlikdə hesab edirlər.
Dövlət Statistika Komitəsinin 29 iyun üçün məlumatına görə, Azərbaycanda 420,9 min ha-dan 1 067 min ton taxıl yığılıb. 1 ha-dan məhsuldarlıq 25,4 sentnerdir. Ötən ilin müvafiq dövründə ölkədə 458 min ha-dan 1,2 mln ton taxıl yığılmışdı. Ötən ilin analoji dövrü ilə müqayisədə bir hektardan məhsuldarlıq 0,9 sentner azalıb.
Cari ildə yazlıq və payızlıq taxıl 1 078 min ha sahəyə əkilmişdi ki, bu da əvvəlki ildəkindən 20% çoxdur.
Dövlət büdcəsində cari ildə Dövlət Taxıl Fonduna taxıl tədarükü üçün 60 mln manat nəzərdə tutulub. Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, FHN müəyyən həcmdə buğda idxal edərək saxlamaq üçün Fonda təhvil verib. // Turan