02-07-2009

Azərbaycan İnternet Forumu bir sıra qərarlar qəbul edib

Azərbaycan İnternet Forumu bir sıra qərarlar qəbul edib Paylaş

QayNar: Azərbaycan İnternet Forumunun (AİF) növbəti toplantısı keçirilib. Toplantıda Milli İnternet Müsabiqəsinin keçirilməsi ilə  bağlı məsələ müzakirə olunub. Qaynar.info-nun verdiyi xəbərə görə, müsabiqənin Əsasnaməsinin son variantı,  Müsabiqənin Loqosu, Mükafatın eskizi, Müsabiqənin saytının ilkin  variantı, müsabiqəyə təqdim olunacaq resursların Qeydiyyat sistemi təsdiq  olunub.
 
Əsasnaməyə görə Müsabiqənin hər ilin sonunda keçirilməsi nəzərdə tutulur. 11 nominasiya üzrə keçiriləcək Müsabiqədə  ancaq Azərbaycandilli  versiyası olan  resursların iştirakı, eyni zamanda,  Müsabiqənin qaliblərinin  İnternet istifadəçilər tərəfindən deyil,  ancaq Münsiflər Heyəti tərəfindən qiymətləndirilməsi nəzərdə tutulub.
Əsasən internet peşəkarlarından və mütəxəssislərdən ibarət olmaqla formalaşdırılacaq Münsiflər Heyəti üzvlərinə hər hansı aidiyyatı olan saytların Müsabiqədə iştirakına yol verilmir.

Toplantıda  sosial əhəmiyyətli resurslara AİF tərəfindən diqqətin artırılması istiqamətində müzakirələr aparılıb. Veb ustalar arasında biliklərin paylaşmasına  xidmət edəcək www.webusta.info saytına AİF tərəfindən dəstək verilməsi məqsədəuyğun hesab edilib

AİF toplantısında həmçinin informasiya texnologiyaları sahəsində Azərbaycan dilinin tətbiqi sahəsində problemlərin hələ də qaldığı  qeyd olunub.  Bir sıra adi İKT terminlərinin müxtəlif nəşrlərdə və reklam lövhələrində fərqli formada yazılması  faktlarının mövcud olduğu  bildirilib. Toplantıda bununla bağlı əlaqədar qurumların və ekspertlərin iştirakı ilə geniş ictimai müzakirənin keçirilməsi məqsədəuyğun hesab edilib. // T.İsmayılov, QayNar




Oxunub: 273 dəfə.     Şərhlər: 0
Forumda müzakirə et   Bu xəbərə fikir bildir və ya şərhlərə bax