02-07-2009

Mətbuat Şurasına qarşı iddia rəd edildi

Mətbuat Şurasına qarşı iddia rəd edildi Paylaş

QayNar: Binəqədi Rayon Məhkəməsində “Korrupsiya və cəmiyyət” jurnalının və nəşrin baş redaktoru M.Həmidovun iddiaları əsasında Azərbaycan Mətbuat Şurasına və Şuranın “reket” jurnalistikaya qarşı mübarizə komissiyasının sədri V.Rəhimzadəyə qarşı məhkəmə prosesi keçirilib.
Qaynar.info-nun verdiyi xəbərə görə, hakim A.Həsənovun sədrliyi ilə düzənlənən prosesdə iddiaçıların  cavabdeh tərəflərə qarşı irəli sürdüyü “şərəfin, ləyaqət və işgüzar nüfuzun müdafiəsi, təkzib verilməsi, vurulmuş mənəvi və maddi zərərin ödənilməsinə” dair qətnamə çıxarılıb. Hər iki iddianın əsassız olduğuna dair məhkəmə qətnaməsi qəbul olunub.
Məlumat üçün bildirək ki, Azərbaycan Mətbuat Şurasının İdarə Heyəti “Korrupsiya və cəmiyyət” jurnalının adını 24 aprel 2009-cu il tarixli iclasında etik prinsiplərə birbaşa sayğısızlıq, peşə səlahiyyətlərini aşmağa görə “reket” nəşrlər sırasına daxil olunması barədə qərar qəbul etmişdi. // T.İsmayılov, QayNar




Oxunub: 194 dəfə.     Şərhlər: 0
Forumda müzakirə et   Bu xəbərə fikir bildir və ya şərhlərə bax