02-07-2009

Azərbaycanın Rusiyadakı səfirliyinin binası kimin mülkiyyətidir?

Azərbaycanın Rusiyadakı səfirliyinin binası kimin mülkiyyətidir? Paylaş

İlin sonuna qədər bina Azərbaycanın mülikiyyətinə veriləcək

2009-cu ilin sonuna qədər Rusiyadakı Azərbaycan səfirliyinin binasının Azərbaycan Respublikasının mülkiyyətinə verilməsi haqda ikitərəfli müqavilə imzalanacaq. Elə bu sənədlə Rusiya tərəfin RF-nin Bakıdakı səfirliyinin binası üzərində mülkiyyət hüququ təsbit ediləcək.
RF-nin Bakıdakı səfiri Vladimir Doroxin bugünki mətbuat konfransında qeyd edib ki, iyunun 29-da Rusiya prezidenti Dmitri Medvedevin Bakıya səfəri zamanı iki ölkənin XİN rəhbərləri RF-nin Azərbaycandakı və Azərbaycanın Rusiyadakı diplomatik nümayəndəliklərinin yerləşməsi və onlara xidmət şərtləri haqqında hökumətlərarası sazişin hazırlanması haqda birgə Bəyanat imzalayıblar. // Turan




Oxunub: 198 dəfə.     Şərhlər: 0
Forumda müzakirə et   Bu xəbərə fikir bildir və ya şərhlərə bax