02-07-2009

Sabirabadda ev yandı

Sabirabadda ev yandı Paylaş

QayNar: Sabirabad rayonunda 1 otaqlı evdə yanğın baş verib.
Qaynar.info-nun Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, iyulun 1-də saat 00.20 radələrində rayonun Balakənd kəndi ərazisində, kənd sakini Fəyyaz Əhmədova məxsus 1 mərtəbəli 1 otaqlı evdə yanğın olub. Nəticədə bütövlükdə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb.
Faktla bağlı araşdırmalar aparılır. // Şəmsi Abbasov, QayNar




Oxunub: 215 dəfə.     Şərhlər: 0
Forumda müzakirə et   Bu xəbərə fikir bildir və ya şərhlərə bax