02-07-2009

Xaqani Məmmədov rüşvət ittihamlarını cəfəngiyyat adlandırdı

Xaqani Məmmədov rüşvət  ittihamlarını cəfəngiyyat adlandırdı Paylaş

"Babək Quliyevin nə dediyi mənim üçün maraqlı deyil. Çünki onun dediklərinin heç biri həqiqət deyil". Bu sözləri Fanat.az-a açıqlamasında AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov deyib.
Quliyev bu gün keçirdiyi mətbuat konfransında Məmmədova qarşı bir sıra ittihamlar səsləndirib. Referi bildirib ki, Xaqani bəy ondan 1500 manat alaraq birinci dövrənin ən yaxşı hakimi seçib. Lakin HK sədri bunu cəfəngiyyat adlanırıb: "Hamısı cəfəngiyyatdır. Siz sual vermədiz ki, bunu niyə zamanında - Xaqani Məmmədov səndən 1500 manat alanda demirdin? İndi cəzalanıb deyə ağzına gələni danışır. Hamısı boş-boş sözlərdir".
Məmmədov Quliyevin səviyyəsiz olduğunu da dedi: "Onun ittihamlarının heç bir əsası yoxdur. Buna görə də mən Babək Quliyevi tanımıram. Özümü onun səviyyəsinə endirmək niyyətim də yoxdur".




Oxunub: 208 dəfə.     Şərhlər: 0
Forumda müzakirə et   Bu xəbərə fikir bildir və ya şərhlərə bax