AzərDRES-də 500 nəfər ixisara salındı
Paylaş
İşçilərə öz hesablarına məzuniyyətə çıxmaq barədə zorla ərizə yazdırırlar
Maliyyə böhranı nəticəsində əksər dövlət qurumlarında kütləvi ixtisarların başladığı barədə tez-tez xəbərlər yayılır.
Xatırladaq ki, böhranın elə ilk aylarında “Azərboru”, Dövlət Dmir Yol İdarəsi, Dövlət Neft Şirkəti, “Azərkimya” Dövlət Şirkətinin nəzdində olan zavodlarda minlərlə işçi ixtisara salındı. Bir neçə ay sonra “Azərkimya”nın nəzdində olan zavodlar fəaliyyətini dayandırdı. Digər müəssisələrdə vəziyyət kifayət qədər kritikdir. Dünən isə Mingəçevirdəki AzərDRES-də 500 nəfər ixtisara salınıb.
Bu barədə “Azadlıq”a məlumatı AXCP Mingəçevir şöbəsinin sədri Süleyman Kərimov verib.
Onun sözlərinə görə, artıq maliyyə böhranı 4000 kollektivi olan Azər DRES-ə təsirini göstərib. Bu baxımdan müəssisədə kütləvi ixtisarlara başlanılıb. “İşçilərə öz hesablarına məzuniyyətə çıxmaq barədə məcburi ərizə yazdırırlar. Bu adla onları işdən çıxarırlar. Artıq 500 nəfər ixtisara salınıb”,- deyə Süleyman Kərimov bildirib.
Oxunub: 261 dəfə. Şərhlər: 0
Forumda müzakirə et Bu xəbərə fikir bildir və ya şərhlərə bax