02-07-2009

"Dazbaş"lar iki soydaşımızı döyüb

Paylaş

Rusiyanın iki şəhərində soydaşlarımız "dazbaşlar"ın hücumlarına məruz qalıblar

Dünən Rusiyanın iki şəhərində soydaşlarımız "dazbaşlar"ın hücumlarına məruz qalıblar. Oryol şəhərində yaşayan Nüsrət Qurbanov səhər saatlarında işə yollanarkən yaşadığı binanın həyətində vəhşicəsinə döyülüb.
Oryol Şəhər Daxili İşlər İdarəsindən verilən məlumata görə, kimliyi hələlik müəyyənləşdirilməmiş 4 şəxs N.Qurbanova hücum edərək, onu avtomobilinin yanında yerə yıxıblar.
"Bundan sonra cinayətkarlar Qurbanovun baş və sinə nahiyələrinə ağır zərbələr endiriblər. Hücum edən şəxslərdən biri isə əlindəki dəmir dəyənəklə Qurbanovun "Mazda" markalı avtomobilini yararsız hala salıb", - milis leytenantı Natalya Udovtseva əməkdaşımıza bildirdi.
37 yaşlı Nurəddin Qurbanov ağır kəllə-beyin travmaları və üç qabırğa sınığı, habelə daxili qanaxma ilə şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Arxangelsk şəhərində isə 52 yaşlı Afət Mehdiyev döyülüb. "Zlata" şirkətində sürücü işləyən Mehdiyevin idarə etdiyi "Mercedes" markalı yük maşınını saxladan iki şəxs onu sürüyüb aşağı salıblar və vəhşicəsinə döyüblər.

Canilər ağırtonnajlı yük maşınını qaçırsalar da, həyata keçirilmiş "Zaxvat" əməliyyatı nəticəsində 3 saat sonra tutulublar.
Onlar 26 yaşlı Konstantin Qrişin və 23 yaşlı Maksim Altufyevdir. // Ekspress




Oxunub: 204 dəfə.     Şərhlər: 0
Forumda müzakirə et   Bu xəbərə fikir bildir və ya şərhlərə bax