01-07-2009

ATƏT sədri: "Azərbaycan regionda sabitlik üçün vacib ölkədir"

ATƏT sədri: Paylaş

"Azərbaycan bütün Qafqaz regionundakı sabitlik üçün vacib ölkədir", - çərşənbə günü jurnalistlərə, Bakıya gəlmiş ATƏT-in fəaliyyətdə olan sədri, Yunanıstanın xarici işlər naziri Dora Bakoyannis deyib.
Səfərin məqsədi Azərbaycan və Yunanıstan arasındakı ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsidir. Bakoyannisin sözlərinə görə, bu gün Azərbaycan və Yunanıstan arasındakı münasibətlər çox yaxşı səviyyədədir.
"Mən buraya iki ölkə arasındakı münasibətlərin irəliləyişinə əmin olmaq üçün gəlmişəm", - nazir bildirib. // Trend




Oxunub: 180 dəfə.     Şərhlər: 0
Forumda müzakirə et   Bu xəbərə fikir bildir və ya şərhlərə bax