01-07-2009

Maykl Cekson hələ də dəfn olunmayıb

Maykl Cekson hələ də dəfn olunmayıb Paylaş

QayNar: Bir neçə gün əvvəl vəfat edən əfsanəvi pop kralı Maykl Ceksonun harada və nə zaman dəfn olunacağı sualı hələ də açıq qalır.
Qaynar.info-nun xarici mətbuata istinadən verdiyi xəbərə görə,  müğənninin atası Co Cekson bildirib ki, ailəsi dəfn mərasiminə hazırlıqlarla məşğuldur. Amma o, pop ulduzun nə vaxt dəfn ediləcəyini açıqlamayıb. Buna səbəb kimi Maykl Ceksonun ölüm səbəbi ilə bağlı araşdırmaların hələ yekunlaşmamasını göstərib. Toksikoloji ekspertizanın nəticələri isə bir neçə həftədən sonra məlum olacaq. Bununla da Ceksonun həddindən artıq güclü ağrıkəsicilər qəbul etdiyi üçün öldüyünə dair ehtimala aydınlıq gətiriləcək.
Ömrünün sonuncu günündə Maykl Cekson fasiləsiz 3 saat rəqs edib və əla formada olub. Bunu pop ulduzun konsertinin təşkili ilə məşğul olan şirkətin rəhbəri deyib. Onun sözlərinə görə, Maykl onunla bir yerdə rəqs edən 20 yaşlı gənclərdən daha yaxşı hərəkət edib. // Nigar Atakişiyeva, QayNar




Oxunub: 278 dəfə.     Şərhlər: 0
Forumda müzakirə et   Bu xəbərə fikir bildir və ya şərhlərə bax