01-07-2009

ABŞ dolları 17 faiz bahalaşacaq

ABŞ dolları 17 faiz bahalaşacaq Paylaş

İlin ikinci yarısından etibarən dünya bazarında dolların bahalaşması gözlənilir

Analitiklərin fikrincə, ilin ilk yarısında mövqeləri xeyli zəifləmiş dollar, ilin sonunadək avroya və başqa valyutalara nisbətən möhkəmlənəcək. Qərb ekspertləri buna səbəb kimi deyirlər ki,  Amerikada iqtisadi dirçəliş Avropadakından daha sürətlə gedir və nəticədə dolların məzənnəsi 1981-ci ildən bəri ən böyük sürətlə artacaq.
«Bloumberq» agentliyi bu məsələ ilə bağlı indiyədək ən düzgün proqnoz verən ekspertlərin fikrini öyrənib və məlum olub ki, eksperlərin əksəriyyəti dolların bahalaşacağını gözləyir.

Analitiklərin fikrincə, ilin ikinci yarısında dollar 17 % bahalaşacaq. Başqa sözlə bu ilin 31 dekabrında dolların məzənnəsi ötən ilin sonundakından 4 % artıq olacaq.

Hələliksə, dolların ucuzlaşması prosesi gedir. Təkcə ikinci rubdə dollar 5 faizdən çox zəifləyib.

Qeyd edildiyi kimi, dolların bahalaşacağı ilə bağlı proqnozlar isə Amerika iqtisadiyyatının daha sürətlə dirçəlməsinə əsaslanır. Belə ki, Amerikada iqtisadi dirçəlmə Avropadakını bir rüb qabaqlayır. İndi Amerikada dirçəlmə əlamətlərini görmək üçün ən xırda dəyişikliklərə də fikir verirlər. Məsələn, məlum olub ki, may ayında uzunmüddətli istifadə üçün mallar üçün sifarişlər artıb. Amma hətta bu da dolların dəqiq bahalaşacağını demək üçün kifayət deyil. Son iki ildə ilk dəfədir ki, analitiklər dolların gələcəyi ilə bağlı dəqiq fikir deyə bilmirlər.

Hazırda dolların avro qarşısındakı məzənnəsi 1 dollar 16 sentdən, 1 dollar 55 sent arasında dəyişir. // İtv.az




Oxunub: 262 dəfə.     Şərhlər: 0
Forumda müzakirə et   Bu xəbərə fikir bildir və ya şərhlərə bax