01-07-2009
Paylaş
QayNar: "Əhalinin sosial həyat şəraitinin yaxşılaşdırılması vəzifəsini daşıyan hökumət, yalnış qərarlar qəbul etməklə vəziyyəti daha da pisləşdirir. İqdisadi böhran şəraitində - iş yerlərinin kütləvi ixtisar olunduğu,əhalinin gəlirlərinin getdikcə azaldığı bir vaxda vətəndaşların sosial müdafiəsini gücləndirmək əvəzinə hökumət Tarif Şurasının əlilə əhaliyə satılan mavi qazın qiymətini iki dəfədən çox qaldırmışdır." Bu sözlər Tarif Şurasının iyulun 1-dən əhaliyə satılan təbii qazın qiymətini təqribən 2 dəfə artırmasına etiraz olaraq Ümid Partiyasının yaydığı bəyanatdandır.
Qaynar.info-ya daxil olan bəyanatda daha sonra deyilir:
"Tarif Şurasının qiymət artımı ilə bağlı gətirdiyi arqumentlər - mavi qazın istehlakında israfçılıq,əhaliyə satılan mavi qazın dəyərinin ödənilməməsi və satış qiymətinin maya dəyərinə uyğunlaşdırılması, əsassız olmaqla yanaşı həmdə hökumətin əsil məqsədini gizlətməyə xidmət edir. Əgər əhali indiyə qədər istifadə etdiyi mavi qazın dəyərini ödəyə bilmirdisə, qiymət iki dəfə artırıldıqdan sonra bu problem daha da dərinləşəcək. Ən böyük israfçılar dövlət müəssələri olduğu halda bunun cəzasını əhali çəkməməlidir. Mavi qazın satış qiymətinin maya dəyərinə uyğunlaşdırılması bəhanəsinə gəldikdə isə köhnə qiymət maya dəyərinə uyğun idi və mavi qaz ixrac edən ölkədə qiymətin iki dəfə qaldırılmasına heç bir iqdisadi zərurət yoxdur.
Anti böhran proqramına sahib olmayan hökumət bununla həm öz sərişdəsizliyini ört bastır etmək, həm də əhalini sosial problemlər məngənəsində sıxmaqla aktiv siyasi poseslərdən kənarda sağlamaq məqsədi güdür."
Bəyanatın sonunda Ümid Partiyası Tarif Şurasının məlum qərarını iqdisadi deyil, siyasi və eyni zamanda ədalətsiz qərar hesab edir.
"Bu qərarın əhalinin sosial-iqdisadi vəziyyətini daha da pisləşdirəcəyini həzərə alaraq hökümətdən Tarif Şurasının məlum qərarına yenidən baxaraq əvvəlki qiymətlərin bərpa olunmasını tələb edir."- deyə bəyanat bu sözlər bitir. // T.İsmayılov, QayNar