01-07-2009

«Azəriqaz»: Qazı maya dəyərindən aşağı qiymətə satırdıq

«Azəriqaz»: Qazı maya dəyərindən aşağı qiymətə satırdıq Paylaş

«Əhaliyə satılan qazın qiymətinin qaldırılması iqtisadi tənzimləmə aparılmasından irəli gəlir». İyulun 1-də keçirdiyi mətbuat konfransında «Azəriqaz» QSC-nin İqtisadiyyat və proqnozlaşdırma şöbəsinin müdiri Tofiq Allahverdiyev belə deyib.
«Bu vaxta kimi əhaliyə qazı maya dəyərindən aşağı qiymətə satırdıq. Dövlət Neft Şirkətindən təbii qazın hər 1000 m3-ni 42 manata alırdıq, vətəndaşlara isə 42,7 manata satırdıq. «Azəriqaz»ın xərcləri isə 20-25 manat təşkil edirdi»-, deyə şöbə müdiri bildirib.
Tarif Şurasının qərarına əsasən vətəndaşlara satılan hər 1000 m3 təbii qazın qiyməti 47,2 manatdan 100,0 manata dəyişdirilib. // Azadlıq radiosu




Oxunub: 223 dəfə.     Şərhlər: 0
Forumda müzakirə et   Bu xəbərə fikir bildir və ya şərhlərə bax