
Yazarlar
|
||||
|
||||
|
||||
|
||||
|
||||
İdman:
Həftənin xəbər hiti:
Arxiv:
Forumda müzakirə edin:
Abunə
Veb masterlər üçün
Reytinq
Son dəqiqə
01-07-2009
Paylaş
Qurumun ad günü hakimlikdən qovulan referinin mətbuat konfransı ilə eyni vaxta təyin olundu
Peşəkar Futbol Liqasının bir yaşı tamam olur. Fanat.az xəbər verir ki, bu münasibətlə sabah tədbir keçiriləcək. Belə ki, PFL ad gününü sabah "Bəh-Bəh" klubda təşkil olunacaq tədbirlə qeyd edəcək. Bütün media nümayəndələri tədbirə dəvət edilib.
Maraqlıdır ki, PFL-in tədbiri sabah başqa bir önəmli mərasimlə üst-üstə düşəcək. Belə ki, eyni vaxtda - saat 13.00-da bir müddət öncə hakimlikdən kənarlaşdırılan FİFA referisi Babək Quliyevin mətbuat konfransı təyin olunub. Trend Xəbərlər Şirkətinin konfrans zalında keçiriləcək bu tədbirə də bütün media nümayəndələri dəvət edilib.
Görünür, PFL rəhbərliyi bununla Quliyevə sürpiriz hazırlamaq niyyətindədir. Qurumun bu addımı atmaqla əsl məqsədinin referinin mətbuat konfransına diqqəti azaltmaq və Quliyevin planlarını alt-üst etmək məqsədi güddüyü sirr deyil.