30-06-2009
Paylaş
"Azərbaycan hələ 1993-cü ildə DQR-in müstəqilliyini tanıyıb"
QayNar: ATƏT-in Minsk Qrupunun rusiyalı sabiq həmsədri Vladimir Kazimirovun İrəvanda təqdimat mərasimi keçirilən "Qarabağa sülh" kitabında bir çox sensasion iddialar ortaya atılıb.
Xatırladaq ki, Kazimirov 1992-96-cı illərdə Dağlıq Qarabağ üzrə Rusiyanın vasitəçi missiyasının rəhbəri, RF prezidentinin Qarabağ üzrə səlahiyyətli nümayəndəsi və Minsk qrupunun həmsədri olub.
Qaynar.info-nun verdiyi xəbərə görə, Kazimirov «Qarabağa sülh» kitabında Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının xronologiyasını əks etdirən və tarixi faktlar olduğu idda edilən bir sıra sənədlərə də yer ayırıb.
Qaynar.info-nun verdiyi xəbərə görə, rusiyalı diplomatın kitabında diqqəti çəkən xüsusi məqamlardan biri də, onun hələ 1993-cu ildə Azərbaycanın qondarma "DQR"-i de-fakto tanıması haqqında iddialarıdır.
Kazimorovun bu iddiası haqqında söz açan, Ermənistana yaxınlığı ilə seçilən "Regnum" agentliyi bir sıra sənədlərin sürətini də dərc edib
(http://regnum.ru/showpicture/?id=1180927&pic=1) .
Həqiqi olduğu iddia edilən sənədlərin surətinə görə, Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin hələ 1993-cü ildə Azərbaycan Ali Soveti sədrinin birinci müavini Afiyəddin Cəlilova Azərbaycan və Dağlıq Qarabağ rəhbərlərinin görüşünü təşkil etməkdən ötrü danışıqlar aparmaq səlahiyyəti verib.
Kazimorov və "Regnum" agentliyi bu məqama dayanaraq, Azərbaycanın o zaman qondarma "DQR"-i de-fakto tanıdığını ortaya atır.
Ümumiyyətlə, kitabın tam mətni ilə V.Kazimirovun şəxsi saytında tanış olmaq mümkündür (http://vn.kazimirov.ru/mir.htm).
// T.İsmayılov, QayNar