29-06-2009
Paylaş
Gənc ingilis xanımı sevgilisindən ayrılmaq üçün ağlasığmaz hiylələr uydurdu
QayNar: İngilis qadın, üz-üzə ayrılmağa cəsarət edə bilmədiyi sevgilisindən qopmaq üçün ağlasığmaz hiylələrə əl atıb.
Qaynar.info-nun "Milliyet" qəzetinə istinadən verdiyi xəbərə görə,
Ancela Harris, 1 ildir birlikdə olduğu sevgilisi Fil ilə ayrılmağa qərar verir. Ancaq qadın Filə bunu üzbəüz söyləməyə cəsarəti çatmır.
Sonda qadın xaincə bir plan hazırlayır. Əvvəl Filəə xərçəng olduğunu və artıq xəstəxanada qalacağını söyləyərək evdən ayrılır. Sonra xəstəxanadan "İndi əməliyyata girirəm", sonra isə "uzun müddətli müalicədəyəm" kimi mesajlar göndərərək, ondan uzaqlaşmağa çalışır. Və buna qismən də olsa nail ola bilir.
Sonra da Suy adlı bir dostu vasitəsi ilə Filə bir neçə ay sonra mesaj göndərtdirir: "Fil, Ancela öldü... Səni çox sevirdi. Bunu bil".
Bu acı xəbərə inanmaq istəməyən Fil, sevgilisinin cəsədini görmək üçün həmin xəstəxananı axtarır.
Xəstəxanadan ona Ancela adında xəstənin burada olmadığı bildiriləndə nə edəcəyini bilməyən Fil sonda polisə getməyə qərara alır. Polis, Ancelanın evinə gedir və gənc qadının sağ-salamt olduğunu görür. Ancela polisə, Fildən ayrılmaq ə yeni bir həyat qurmaq istədiyini, ancaq bunu necə edəcəyini bilmədiyi üçün bu hadisələri uydurduğunu söyləyir.
// Ceyhun Əyyubzadə, QayNar