29-06-2009

Maykl Cekson qayıtdı!- FOTOLAR

Paylaş

QayNar: Bir neçə gün əvvəl dünyasını dəyişən pop ulduzu Maykl Ceksonun adı qəzetlərdən, televizorlardan, saytlardan düşmür. Onun mahnıları yenidən dillərdədi, televiziyalar, radiolar dönə-dönə onun mahnılarını, kliplərini efirə verirlər.
Qeyd edək ki, ümumiyyətlə, onun ən çox dinlənilən mahnıları “Off the Wall", "Thriller", "Bad", "Dangerous", "HIStory"-dir. "Thriller" diski isə rekord səviyyədə - 100 milyon nüsxə satılıb.
Ümumilikdə pop-ulduzunun disklərinin satış tirajı 750 milyon nüsxə təşkil edib. 47-mahnısı Billboard-un hit-paradına, Ginnesin rekordlar kitabına isə “Zamanın ən uğurlu musiqiçisi” kimi düşüb.
Pop ulduzu 2009-cu ildə böyük səhnəyə qayıtmağı planlaşdırırdı. İyul ayında dünya turnesinə çıxmağa, yenidən səhnəyə qayıtmağa hazırlaşırdı.
Dəfələrlə mətbuata verdiyi açıqlamalarında səhnəyə gələcyi barədə məlumat versə də, səhəti buna imkan vermirdi. Vaxtını ailəsinə həsr etmişdi. Böyük səhnəyə gəlişinə ölümü mane oldu. Nə qədər kədərli səslənsə də, ölüm ən yaxşı reklam oldu.
Maykl Cekson fanatların qəlbində daim yaşayacaqdır. //Natiq Kamal, QayNar 

 




Oxunub: 656 dəfə.     Şərhlər: 0
Forumda müzakirə et   Bu xəbərə fikir bildir və ya şərhlərə bax