QayNar: Bir müddət əvvəl Azərbaycanın xaricdən bahalı eşşəklər alması ilə bağlı mətbuatda qalmaqallı araşdırma yazılar dərc olundu. Amma nə o zaman, nə indi biri 41 min dollara həmin eşşəmağa başa gələn bu eşşəklərin hansı məqsədlə və kimlər tərəfindən alınması, onlardan necə istifadə olunacağı ilə bağlı suallar cavabsız qaldı. Artıq indi bu suallara cavab tapa biləcəksiniz. Qaynar.info-nun verdiyi xəbərə görə, 41 minlik A kateqoriyalı eşşəklərin prezidenti Bakıya gələrək, beynəlxalq mətbuatın da diqqət mərkəzində olan bu mövzuya aydınlıq gətirməyə çalışıb. Eşşəyin mətbuat konfransından hazırlanmış videoreportajı diqqətinizə təqdim edirik. Qeyd edək ki, mətbuat konfransından videoreportajı "OL-Media" və "AN TV" hazırlayıb.