26-06-2009

POP KRALI MAYKL CƏKSON 50 YAŞINDA VƏFAT ETDİ- FOTOLAR

POP KRALI MAYKL CƏKSON 50 YAŞINDA VƏFAT ETDİ- <font color=#ff0000>FOTOLAR</font> Paylaş

Sənətçinin milyonlarla fanatı göz yaşları içindədir

QayNar: Amerikalı pop ulduzu Maykl Cəkson 50 yaşında ürəktutmasından vəfat edib.
Qaynar.info-nun BBC-yə istinadən verdiyi xəbərə görə, o gecə saatlarında təcili yardım maşını ilə Los Anjeles şəhərinin xəstəxanasına çatdırılmışdı. Ehtimal olunur ki, onun ölümünün səbəbi infarkt olub.
Tibbi mənbələr deyirlər ki, təcili yardım işçiləri onun Bel Airdəki evinə gələndə, müğənni nəfəs almırdı.
Həkimlər Cəksona süni nəfəs verməyə çalışıblar.
Maykl Cəkson iyul ayında Londondan başlyaraq onlarla konsert verməyə hazırlaşırdı.
Müğənninin səhhətində uzun müddət idi ki, problemlər yaranmışdı. O 12 il idi ki, konsert vermirdi.
Cəkson karyerasına "The Cəkson 5" ailə qrupunun üzvü kimi başlamışdı.
"Thriller" və "Bad" kimi albomları onu dünyanın ən məşhur pop ulduzuna çevirmişdi.
Lakin son illərdə ziddiyyətli qalmaqallar və maliyyə çətinlikləri ulduza çox pis təsir etmişdi və o demək olar ki, kənar aləmlə ünsiyyətdən uzaq qaçırdı. // T.İsmayılov, QayNar




Oxunub: 702 dəfə.     Şərhlər: 9
Forumda müzakirə et   Bu xəbərə fikir bildir və ya şərhlərə bax