06-03-2009

Qaynar.info-ya könüllü əməkdaşlar tələb olunur

Paylaş

Azərbaybaycanın xalq jurnalistikası prinsiplərinə əsaslanaraq, fəaliyyət göstərən yeganə Kütləvi İnformasiya Vasitəsi olan "Qaynar.info"-ya yeni könüllü redaktor-müxbirlər tələb olunur.
Redaktor-müxbirlər öz fəaliyyətinə görə heç bir məvacib almayacaq, onlardan heç bir iş qrafiki də tələb olunmayacaq.
Hazırlanacaq xəbər sayında heç bir məhdudiyyət yoxdur.

Könüllülərdən nə tələb olunur:

- Boş vaxtlarında xəbərlər hazırlamaq və ya
- Operativ xarici xəbərləri tərcümə etmək;
- Azərbaycan dilini qrammatik cəhətdən səlis bilmək;
- Hazırlanan xəbərləri Word formatında aşağıda göstərilən email ünvanlarından birinə yollamaq;
- Əgər göndərilən xəbər tərcümədirsə, mütləq orijinal mənbənin linkini də göndərmək;
- Hər göndərilən xəbərin altında mütləq müəllif imzası qeyd olunmalıdır;

Əməkdaşlıq etmək istəyənlər, əlaqə koordinatları və barələrində qısa məlumat da daxil olmaqla, bu email ünvanlarına yaza bilərlər:

info@qaynar.info
zahir@qaynar.info

Hörmətlə: Zahir Əzəmət
Qaynar.info portalının baş redaktoru




Oxunub: 3515 dəfə.     Şərhlər: 8
Forumda müzakirə et   Bu xəbərə fikir bildir və ya şərhlərə bax